Xankəndidə gənc oğlanın üzərindən narkotik vasitə aşkarlanıb.
Manevr.az-ın məlumatına görə, 24 yaşlı Sahib Rzayev (şərti adla) Xankəndi şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq, üzərində yoxlama keçirilib. Bu zaman onun üstündən şəxsi istifadəsi üçün saxladığı bir büküm narkotik maddə olan marixuana tapılıb.
Faktla bağlı onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
S. Rzayev ifadəsində bildirib ki, Xankəndi şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışır. Bir neçə tanışı ilə yaşayış evlərinin birinin həyətində narkotik maddə istifadə edib. Bundan sonra saxlanılıb və üzərindən narkotik çıxıb.
O, təqsirini etiraf edərək, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Xəbər lenti
Xankəndidə su idarəsinin sürücüsü narkotiklə tutuldu

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























