Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın sağlamlıq turizmi Özbəkistanda təbliğ edildi - FOTO

Tarix: 19-10-2026 20:10     Baxış: 350 A- / A+
Azərbaycanın sağlamlıq turizmi Özbəkistanda təbliğ edildi - FOTO

Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu ölkənin turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.
Manevr.az xəbər verir ki, tədbirdə ölkəmizin zəngin təbii resurslarının, əlverişli iqliminin və füsunkar təbiətinin turistlər üçün cəlbedici olduğu vurğulanıb, sağlamlıq turizmi potensialı barədə ətraflı məlumat verilib.
Turizm şirkətlərinin nümayəndələrinə AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, Konfederasiyanın sağlamlıq və istirahət mərkəzlərinin infrastrukturu, müalicə və istirahət imkanları, eləcə də göstərilən xidmətlər barədə təqdimat keçirilib.
Özbəkistan Respublikasının Turizm Komitəsinin nümayəndəsi xanım Şaxloxan Soliyeva isə ölkəsinin turizm siyasətindən, turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrindən bəhs edib, Azərbaycanla turizm əlaqələrinin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mövcud imkanları diqqətə çatdırıb.
Görüş çərçivəsində sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Medial
Medial
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar