Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

Sabiq komitə sədrinin oteli satışa çıxarıldı - Foto

Tarix: 19-10-2026 13:07     Baxış: 346 A- / A+
Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
Manevr.az yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adlı otel kimi fəaliyyət göstərən obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Obyektin ilkin bazar qiymətinin isə 6 milyon 543 min 400 manat olduğu bildirilir.
Xatırladaq ki, qeyd olunan binada daha əvvəl “İrşad” adlı otel də fəaliyyət göstərib. Bu otelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən inşa olunduğu bildirilir. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar