Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Makron iğtişaş törədənlərin cəzalandırılacağını vəd etdi

Tarix: 18-10-2026 09:02     Baxış: 3166 A- / A+
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı keçirilən kütləvi etirazlar zamanı baş verən iğtişaşları sərt şəkildə qınayıb. O, talanlarda iştirak edən, eləcə də dövlət qurumlarına və ticarət obyektlərinə hücum edən şəxslərin qanun qarşısında cavab verəcəklərini bəyan edib.

Fransa dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

“Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, həmçinin meriya binalarında oğurluq edən şəxslər məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, – deyə Makron vurğulayıb.

Prezidentin sözlərinə görə, radikal mövqeli aksiya iştirakçılarının zorakı hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etmələrinə mane olur. Makron hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, onların vətəndaşların etiraz aksiyaları keçirmək hüququnun qorunmasında mühüm rol oynadıqlarını qeyd edib.

Fransanın daxili işlər naziri Loran Nünez isə iğtişaşlarla əlaqədar ölkə üzrə azı 400 nəfərin saxlanıldığını açıqlayıb. 

“Hazırda saxlanılanların sayı 400 nəfərdir. Bununla belə, bu rəqəm ilkin məlumatlara əsaslanır”, – deyə nazir bildirib.

Nünez qeyd edib ki, saxlanılanların böyük əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. O əlavə edib ki, polis iğtişaşlarda iştirak etdikdən sonra hadisə yerindən qaçan şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirləri davam etdirəcək.

Ən ciddi qarşıdurmalardan biri Lill şəhərində qeydə alınıb. “RTL” radiostansiyasının məlumatına görə, bir qrup etirazçı meriya binasının şüşə qapılarını sındıraraq içəri daxil olub. Onlardan bəziləri binanın daxilində dağıntılar törətdikdən sonra ərazidən uzaqlaşıblar. Bir neçə dəqiqə sonra hadisə yerinə polisin xüsusi təyinatlı qüvvələri gəlib. Lillin mərkəzində də polis əməkdaşları ilə bir neçə yüz nümayişçi arasında gərgin toqquşmalar baş verib.

Qeyd edək ki, yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirilib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar