Sizin Reklam Burada
Xəbər lenti
17-10-2026
16-10-2026
BÜTÜN XƏBƏRLƏR

117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu - Şəkillər

Tarix: 17-10-2026 22:00     Baxış: 350 A- / A+
Albaniyada yaşayan 117 yaşlı Kamile Marranın pensiyası uzun müddət əvvəl onun öldüyü güman edildiyi üçün dayandırılıb. Qadının sağ olduğunu sübut etmək üçün ailəsi hakimiyyət orqanlarına çoxsaylı sənədlər təqdim etməli olub.

Rəsmi sənədlərdə 1909-cu ildə doğulduğu göstərilən Marra bu həftə 117 yaşını qeyd edib.

O, Ginnesin Rekordlar Kitabına əsasən dünyanın ən yaşlı qadını hesab edilən britaniyalı Etel Katerhamdan iki gün böyükdür.

Marranın 80 yaşlı oğlu Hisen bildirib ki, anası 100 yaşına çatanda hakimiyyət orqanları onun artıq həyatda olmadığı qənaətinə gələrək pensiyasını dayandırıblar. Ödənişin bərpası üçün ailə şahid ifadələri və digər sübutlar təqdim edib. Bu ay isə qadına yaşına uyğun xüsusi aylıq pensiya təyin olunub.

Tiranadan təxminən 100 kilometr cənubda yerləşən Ferras kəndində yaşayan Marra ömrünün böyük hissəsini əkinçilik və heyvandarlıqla keçirib. Oğlu onun heç vaxt həkimə getmədiyini və dərman qəbul etmədiyini deyir.

117 yaşlı qadın hər gün həyəti süpürür, çiçəkləri sulayır, toyuqları yemləyir və bağda gəzərək meyvə yığır. O, sevdiyi reyhanın yarpaqlarını da həmişə cibində gəzdirir.

36 il əvvəl həyat yoldaşını itirən Marranın yeddi övladı olub. O, ailəsinin beş nəslinin böyüməsini görüb. qafqazinfo.az

Manevr.az 
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar