Sizin Reklam Burada
Xəbər lenti
16-10-2026
BÜTÜN XƏBƏRLƏR

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edildi

Tarix: 17-10-2026 12:12     Baxış: 338 A- / A+


Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Manevr.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yubiley mərasiminin Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanmış, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsinin, sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin hər bir sərhədçi üçün ali vəzifə, şərəf məsələsi olduğu bildirilmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsi orqanlarının kadr potensialının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğının nəticəsi olaraq Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırıldığı qeyd edilmişdir. Xüsusi Məktəbin fəaliyyətə başlamasının hərbi təhsilin ardıcıllığının təmin edilməsində, yüksək intellektual potensiala, möhkəm hərbi intizama və vətənpərvərlik ruhuna malik milli sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Xüsusi Məktəbin yaradılmasında, formalaşmasında və inkişafında müstəsna xidmətləri xüsusi minnətdarlıq hissi ilə qeyd edilmişdir.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı şəkildə yenidən qurularaq müasir tədris avadanlıqları ilə təchiz olunmuş Xüsusi Məktəbin açılışını şəxsən xanım Mehriban Əliyeva etmişdir. Ötən 15 il ərzində məktəbin fəaliyyətinə göstərdiyi davamlı diqqət və qayğı, kursantların yüksək səviyyədə təhsil almaları, mənəvi və fiziki cəhətdən sağlam, Vətənə və dövlətə sədaqətli şəxsiyyətlər kimi formalaşmaları üçün yaradılan şərait təhsil müəssisəsinin inkişafında mühüm rol oynamışdır.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq tapşırıqlarına uyğun olaraq kursantların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların hərbi intizam və yüksək mənəvi keyfiyyətlər əsasında yetişdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilmiş, Dövlət Sərhəd Xidməti rəisinin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ötən müddət ərzində Xüsusi Məktəb ölkəmizin nüfuzlu təhsil müəssisələrindən birinə çevrilmiş, burada kursantların hərtərəfli inkişafı, onların ümumtəhsil fənləri üzrə yüksək biliklərə, ilkin hərbi hazırlıq vərdişlərinə yiyələnməsi, fiziki və mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Tədbirin sonunda Xüsusi Məktəbin şəxsi heyəti ilə xatirə fotoşəkilləri çəkdirilmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar