Xəbər lenti
İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevə hələ baş çəkməyib.
Manevr.az apa-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" BQXK-nın Ermənistandakı Nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuniyə istinadən məlumat yayıb.
O, bildirib ki, BQXK-nın nu məsələ ilə məşğul olmaq üçün mandatı var, lakin hələlik başçəkmə olmayıb.
Zara Amatuni qeyd edib ki, onlar bu məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparır.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























