Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Kiyevə raket hücumu nəticəsində Azərbaycan restoranı dağıldı

Tarix: 10-10-2026 21:07     Baxış: 393 A- / A+
Kiyevə raket HÜCUMU: Azərbaycan restoranı  dağıldıUkraynanın paytaxtı Kiyevin Obolon rayonunda raket zərbəsi nəticəsində “Desant” restoranında yanğın baş verib.
Manevr.az xəbər verir ki, “Voyenkorı Russkoy Vesnı” Telegram kanalının məlumatına görə, restoran Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin tez-tez toplaşdığı məkanlardan biri hesab olunur.
Bildirilir ki, raketin restorana düşməsindən sonra ərazidə güclü yanğın başlayıb.
Yerli mənbələrin ilkin məlumatına əsasən, hadisə yerinə gələn ukraynalı xilasedicilər bir neçə yaralı aşkar ediblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu və təcili tibbi yardıma ehtiyac duyduğu bildirilir.
Qeyd edək ki, hava həyəcanı elan edilən Kiyevdə növbəti partlayışlar qeydə alınıb.
Restorana zərbə endirilməsi, yaralıların sayı və məkanın hərbçilərin toplaşdığı yer olması barədə məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, “Desant” restoranı Azərbaycan milli mətbəxi ilə xidmət göstərirdi. Hadisə nəticəsində azərbaycanlıların da xəsarət alıb-almadığı araşdırılır.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar