Sizin Reklam Burada
Xəbər lenti
08-10-2026
07-10-2026
BÜTÜN XƏBƏRLƏR

Laçında enerji və sənaye mərkəzi yaradılacaq

Tarix: 08-10-2026 22:30     Baxış: 338 A- / A+

Laçında enerji və sənaye mərkəzi yaradılacaq


İşğaldan əvvəl əsasən heyvandarlıq, əkinçilik, arıçılıq və bağçılıqla tanınan Laçın bu gün tamamilə yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Rayonun ənənəvi aqrar potensialı müasir sənaye, hidroenergetika və turizm imkanları ilə birləşdirilərək çoxşaxəli iqtisadi model formalaşdırılır.
Manevr.az-ın xəbərinə görə, Laçının gələcək iqtisadi ixtisaslaşması ilə bağlı millət vəkili Rövşən Muradov Modern.az-a  açıqlamasında bildirib ki, Laçının əsas üstünlüyü onun təbii resursları, dağlıq relyefi və tarixi təsərrüfat ənənələrinin müasir texnologiyalarla birləşdirilməsi imkanındadır. Onun sözlərinə görə, əvvəlki dövrdə rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, əkinçilik və arıçılıq təşkil edirdisə, hazırda bu sahələr emal və istehsal imkanları ilə tamamlanır.
Deputat qeyd edib ki, Laçın Aqro-Sənaye Parkında yaradılan müəssisələr, Heyvandarlıq Seleksiya Mərkəzi, mebel, modul ev, tikiş və ayaqqabı istehsalı, eləcə də digər layihələr rayonun iqtisadiyyatının yalnız kənd təsərrüfatına bağlı olmadığını göstərir. Əsas məqsəd yerli xammalı hazır məhsula çevirərək əlavə dəyər yaratmaq və Laçın məhsullarını regional brendə çevirməkdir.
R.Muradovun sözlərinə görə, Laçının yeni iqtisadi modelində ən diqqətçəkən istiqamətlərdən biri hidroenergetikadır. Rayonun dağlıq relyefi və zəngin su ehtiyatları bərpaolunan enerji istehsalı üçün böyük imkan yaradır. Hazırda Laçında 11 su elektrik stansiyası fəaliyyət göstərir və onların ümumi gücü 72,6 meqavatdır. Rayonun 8–10 meqavatlıq elektrik tələbatı tamamilə bərpaolunan enerji hesabına qarşılanır, artıq istehsal isə vahid enerjisisteminə ötürülür. Şəlvə çayı üzərində daha üç stansiyanın inşası ilə bu potensialın artırılması nəzərdə tutulur.
Deputat bildirib ki, yalnız 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində üç yeni su elektrik stansiyasının istifadəyə verilməsi Laçının enerji potensialının hansı səviyyəyə çatdığını göstərir. “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” stansiyalarının ümumi illik istehsal potensialı 200 milyon kilovat-saatdan çoxdur. Bu layihələrin hər il təxminən 45 milyon kubmetr təbii qaza qənaət etməsi və 80 min ton karbon emissiyasının qarşısını alması gözlənilir.
Rövşən Muradov turizmin də Laçının gələcək iqtisadi ixtisaslaşmasında mühüm rol oynayacağını vurğulayıb. Dağlar, mineral bulaqlar, zəngin biomüxtəliflik və tarixi-mədəni irs ekoturizm, dağ, kənd və aqroturizmin inkişafı üçün geniş imkanlar yaradır. Laçın bulvarı, istirahət məkanları, “Laçın” İstirahət Kompleksi və kanat yolu kimi layihələr bu potensialın iqtisadi dövriyyəyə cəlb edilməsinə xidmət edir.
Millət vəkilinin fikrincə, bütün bu proseslərin nəticəsində Laçın artıq yalnız kənd təsərrüfatı ilə tanınan rayon deyil, aqro-sənaye, yaşıl enerji, turizm və xidmət sektorlarını birləşdirən yeni regional iqtisadi mərkəz kimi formalaşır. Şəhərin xidmət və turizm, kəndlərin isə aqrar istehsal və emal məkanı kimi inkişaf etdirilməsi bu modelin əsas istiqamətlərindəndir.
Rövşən Muradov bildirib ki, Laçının gələcək inkişafının əsas məntiqi keçmişin təsərrüfat ənənələrindən imtina etmək deyil, onları müasir sənaye, texnologiya və yaşıl enerji ilə birləşdirməkdir. Bu baxımdan Laçının iqtisadi transformasiyası ənənəvi aqrar rayondan çoxşaxəli, istehsal və enerji potensialı yüksək olan regional iqtisadi mərkəzə keçid kimi qiymətləndirilə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar