Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Tarix: 08-10-2026 09:30     Baxış: 340 A- / A+



"Ədliyyə Nazirliyi olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar. Amma 500 işəgötürən arasında rəy sorğusu apardıq və gördük ki, bu, birmənalı belə deyil".
Manevr.az xəbər verir ki, bunu "Report" və İTV-yə birgə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
"Əslində, bu stereotipin müəyyən dərəcədə əsassız olduğu qənaətinə gəldik.
Təbii ki, bu, şəxsin törətdiyi cinayətdən asılı olaraq və işləmək istədiyi vəzifədən asılı olaraq dəyişə bilər. Məsələn, ehtiyatsızlıqdan törədilən cinayətlərə münasibətdə işə götürənin yanaşması daha dözümlüdür və daha az ehtiyatlanır. Amma daha ağır cinayətlər törətmiş şəxslərə münasibətdə onların davranışları təbii ki, daha ehtiyatlıdır.
Bütövlükdə belə bir stereotip və stiqmanın mövcudluğu ilə razıyam. Bunun aradan qaldırılması üçün özəl tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb edə bilmişik. Məhkumlarla birlikdə təlim və təcrübə prosesində iştirak etməklə, onlarla yaxından tanış olmaqla işəgötürənlərdə bu ehtiyatların, stereotip və stiqmaların aradan qaldırılmasına nail olacağımıza inanırıq. Bununla bağlı artıq müsbət təcrübələrimiz də var", - deyə o, vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar