Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
06-10-2026
BÜTÜN XƏBƏRLƏR

Elnurə Əliyeva vəzifəsindən azad edildi

Tarix: 07-10-2026 21:35     Baxış: 326 A- / A+
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib.

Bu barədə Anews.az məlumat yayıb.

Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. 

Qeyd edək ki, 98 saylı bağça ilə bağlı son illərdə bir sıra şikayət və araşdırmalar barədə xəbərlər yayılıb. 2023-cü ilin yanvarında prokurorluq bağçada 2018–2022-ci illəri əhatə edən yoxlamadan sonra dövlət əmlakının mənimsənilməsi, valideynlərdən pul yığılması və işləməyən şəxslər üçün saxta əməkhaqqı sənədlərinin hazırlanması şübhələri üzrə cinayət işi başladığını açıqlamışdı. Bu məlumatlar araşdırılan şübhələrə aid olub, özlüyündə direktorun təqsirini təsdiqləmir.

2025-ci ildə valideynlər uşaqlara yeməyin az verilməsi ilə bağlı şikayət etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırdığını bildirmişdi.

Bu ilin sentyabrında isə bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanması barədə sosial şəbəkələrdə iddia yayılmışdı. Təhsil idarəsi araşdırma başladığını və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu açıqlamışdı. Həmin ay yayılan başqa bir xəbərdə valideyn bağçadakı özəl qrupa qəbul üçün ayda 100 manat tələb olunduğunu iddia etmiş, direktorun adını çəkmişdi. Bu iddialarla bağlı yekun araşdırma nəticəsi barədə məlumat yoxdur. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar