Nazirlikdən verilən məlumata görə, reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ, Şamaxı və Şəki turu təşkil edilib.
Həmçinin uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialını ziyarət edərək burada müxtəlif master-klaslara qatılıblar.
Qeyd olunub ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.







































