Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
06-10-2026
BÜTÜN XƏBƏRLƏR

FHN-dən əhaliyə müraciət - Video

Tarix: 07-10-2026 12:12     Baxış: 328 A- / A+


Havaların soyuması ilə elektrik və qazla işləyən qızdırıcı cihazlara olan tələbat xeyli artır. Belə olan halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.
Manevr.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində bildirilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insan itkisi, eləcə də əmlaka və infrastruktura vurulan ziyanla nəticələnir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- nasaz, eləcə də standartlara uyğun olmayan elektrik, habelə qaz cihaz və qurğularından istifadə edilməməli;
- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;
- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;
- elektrik xətləri və uzadıcıları zədələnmiş olmamalı və həddindən artıq yüklənməməli;
- şarj məqsədilə elektrik cihazları (telefon, kompüter və s.), eləcə də mikromobillik vasitələri (elektrikli skuter) mənzil daxilində, xüsusən də gecə saatlarında nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamalı;
- çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında və digər qapalı ərazilərdə təsdiq edilmiş texniki şərt olmadan elektromobillər üçün elektrik doldurma qurğularının quraşdırılmasına yol verilməməli;
-tikinti norma və qaydalarının tələblərinə uyğun quraşdırılmış elektrik doldurma qurğularından istifadə zamanı onlar nəzarətsiz saxlanılmamlı;
- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlanılmamalı;
- mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalı;
- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırılmamalı, elektrik və qaz cihazları işə salınmamalı, açıq oddan istifadə edilməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanılmalı və mütəxəssis çağırılmalı;
- tam söndürülməmiş kibrit çöpü və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.
Yanğın baş verərkən təhlükəsizliyinizi təmin etmək üçün ağız və burnunuzu nəm parça materialı (dəsmal, şərf, paltar və s.) ilə tutub əyilərək və ya sürünərək hərəkət edin, digər otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun, yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın, mənzili tərk etmək mümkün deyilsə eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin, binanı tərk etmək üçün liftdən istifadə etməyin. Yanğın çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və müxtəlif sahələrində baş verdikdə isə digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməli və giriş qapısının ətrafını nəm parça materialı ilə tutub tüstüdən qorunmalıdır.
Göstərilən təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa dəyə biləcək zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng vurmağı tövsiyə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar