Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Direktor təyin edilən Oqtay Gözəlovun dosyesi

Tarix: 06-10-2026 13:49     Baxış: 334 A- / A+

Yeni direktor təyin edilən Oqtay Gözəlovun DOSYESİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.
Manevr.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Oqtay Gözəlov mərkəzin direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.
Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.
2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.
TƏBİB-dən bildirilib ki, O.Gözəlov səhiyyə sistemlərinin idarə olunması və gücləndirilməsi, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə proqramlarının idarə olunması, strateji planlaşdırma, fövqəladə vəziyyətlərdə səhiyyənin təşkili və beynəlxalq əməkdaşlıq sahələrində təcrübəyə malikdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar