Sizin Reklam Burada
Xəbər lenti
05-10-2026
04-10-2026
BÜTÜN XƏBƏRLƏR

44 günlük Qarabağ müharibəsinin şəhidlərinin ruhuna ehsan verild - Şəkillər

Tarix: 05-10-2026 21:00     Baxış: 337 A- / A+
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz İzmir şəhərində keçirilən ehsan mərasimində dualarla yad edilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Bornova və Konak rayonlarında şəhidlərin ruhuna lokma paylanılıb. İki gün ərzində keçirilən ehsan mərasimlərinə yüzlərlə Türkiyə vətəndaşı və İzmirdə yaşayan azərbaycanlılar qatılıb.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Türkiyəli qardaşlarımız azərbaycanlılarla birlikdə şəhidlərimizin ruhuna dualar edərək Azərbaycanın acısını öz acıları kimi bölüşüblər.

Dərnək sədri Eşref Tuna və idarə heyəti mərasimə qatılanların başsağlığı diləklərini qəbul edib, ehsan mərasimində iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan-Türkiyə qardaşlığının gücünü bir daha bütün dünyaya göstərdi. Şəhidlərimizin əziz xatirəsi iki qardaş xalqı daha da möhkəm birləşdirir.

Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Bu qardaşlıq əbədi və sarsılmazdır. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar