Xəbər lenti
General Nizami Məmmədov haqda yekun qərar verildi

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin sabiq maliyyə-xidmət rəislərinin 2 ilə yaxından davam edən apellyasiya baxışı başa çatıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən son iclasda qərar elan olunub.
İbrahim İbrahim İbrahimlinin sədrli etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar sübuta yetirilib və Bakı Hərbi Məhkəməsinin hökmü əsaslıdır. Qərara əsasən apellyasiya şikayətləri təmin edilməyib.
Hökm qüvvədə qalıb. Qeyd edək ki, bu cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər.
Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.png)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























