Xəbər lenti
Bakıda kanatla sərnişindaşıma olacaq

Bakıda kanat yolu ilə sərnişindaşıma olacaq.
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamların ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib.
Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də, layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.
Ekspert Anar Abbasov bildirib ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra üstünlüklərə malik olacaq.
Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri ictimai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qurumun sərnişindaşımada kanat yolları ilə bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ətraflı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























