Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA

Tarix: 03-10-2026 21:15     Baxış: 330 A- / A+
Vergi borcları olan daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyulub.

“Nurdash” və “Eurostone” şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 134 min 441 manat vergi borcları yaranıb. Ancaq bu borclar vaxtında aidiyyəti üzrə ödənilməyib.

Borcların ödənilməsi ilə bağlı şirkətlərə dəfələrlə bildirişlər göndərilib. Lakin yenə ödənişlər yerinə yetirilməyib. Nəticədə son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətlərin rəhbəri qarşısında iddia qaldırıb.

İddiada qeyd olunan ödənişlər yerinə yetirilməyənədək şirkətlərin rəhbəri, 39 yaşlı Bəhruz Nuriyevin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

Məhkəmə vergi idarəsinin iddiasını təmin edib. Qərara əsasən, “Nurdash” və “Eurostone” şirkətlərinin 134 min 441 manat vergi borcları ödənilənədək onların rəhbəri B. Nuriyevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, adı çəkilən şirkətlər tikinti materiallarının satışı ilə məşğul olur. lent.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar