Sizin Reklam Burada
Xəbər lenti
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda ən ucuz mənzillər bu ərazidədir

Tarix: 03-10-2026 14:40     Baxış: 334 A- / A+
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb.
Manevr.az xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı modern.az-a açıqlamasında Bakı şəhərində standartlara cavab verməyən və kifayət qədər ucuz təklif olunan evlərin olduğunu bildirib:
“Bu mənada mənzillər üzrə müqayisə aparası olsaq, təbii ki, en ucuz mənzillər şəhər mərkəzindən uzaqda yerləşən ərazilərdədir. Məsələn, Buzovna, Mərdəkan və digər kənar qəsəbələrdəki mənzillər buna misaldır. Hətta Pirallahı rayonunda birotaqlı mənzillərin qiyməti 30–35 min manat arasında dəyişir.
Ancaq Bakıda bəzi ərazilər var ki, mərkəz sayılmasa da, burada birotaqlı evlərin qiyməti həddən artıq yüksəkdir. Məsələn, Yeni Günəşlidə və Sabunçunun bəzi hissələrində birotaqlı mənzillərin qiyməti artıq 100 min manatı ötür. Qiymətlərin belə baha olmasının əsas səbəblərindən biri kiçikölçülü mənzillərə olan tələbatın həddən artıq yüksək olmasıdır”.
Ekspert vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də azotaqlı mənzillərə tələbat üstünlük təşkil edir və onlar bazarda daha sürətlə satılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar