Xəbər lenti
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Şəkil
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda prorektor dəyişikliyi olub.Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, institutun elmi işlər üzrə prorektoru, dosent Məmmədəli Meybəliyev vəzifəsindən azad olunub. O, 2006-cı ildən həmin vəzifədə çalışırdı.
Nazirin digər əmri ilə əczaçılıq elmləri doktoru, professor Cəmilə Yusifova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru təyin edilib.
Xatırladaq ki, Cəmilə Yusif qızı Yusifova son təyinata qədər Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində işləyib.
Qeyd edək ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir. ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























