Xəbər lenti
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
Ötən ilin səs-küylü əməliyyatlarından biri - 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunanlar həbsdən azad edilib.Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.
Bu iş üzrə 10 nəfər - Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, liman xidmətinin rəisi Zaur Haşımov, liman briqadiri Fərrux Haqverdiyev, gömrük inspektorları - Heydər Eyvazlı və Tamerlan Axundzadə, Tahir Tahiri, Firuz Əliyev, Amil Cəbrayılov və Rövşən Tarverdiyev mühakimə olunur. Onlardan 6-sı həbsdə idi.
Bu gün hakim Kamil Əliyevin qərarı ilə həbsdə olan 6 nəfər - Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə ev dustaqlığına buraxılıb.
İş üzrə məhkəmə araşdırması isə davam edir.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu işlə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri, məşhur iş adamı Ruslan Eyyubov da həbs edilmişdi. İlkin istintaqın sonunda o, ev dustaqlığına buraxılıb, cinayət işi başqa icraata ayrılıb.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər, xüsusilə ağır cinayət hesab olunur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























