Sizin Reklam Burada
Xəbər lenti
02-10-2026
01-10-2026
BÜTÜN XƏBƏRLƏR

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

Tarix: 02-10-2026 16:12     Baxış: 335 A- / A+


Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında gələn il minimum əmək haqqı, pensiya və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlamasına münasibətində bildirib.
"Gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əmək haqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, artımlar növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir:
"Azərbaycanda minimum əmək haqqı artımları artıq mütəmadi xarakter alacaq. Dövlət başçısının 2026-cı ilin fevralında təsdiqlədiyi dəyişikliyə əsasən, 2027-ci ilin fevralına qədər minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".
"2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsait ümumi xərclərin 44%-ni təşkil edəcək. Bu o deməkdir ki, 18,5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu, yeni sosial paketin anonsudur", - deyə V.Bayramov vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar