Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda temperatur normadan yüksək olub

Tarix: 01-10-2026 18:14     Baxış: 341 A- / A+
Azərbaycanda temperatur normadan yüksək olub2026-cı ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərəcə) olub. 2 gün temperatur iqlim norması daxilində müşahidə edilib.
Manevr.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Ximdətinin məlumatında bildirilib.
Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında sentyabr ayında maksimal temperatur sentyabrın 15-də Sumqayıtda 34 dərəcə isti, bölgələrdə isə həmin tarixdə Ordubadda 37 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında sentyabrın 9-da 13 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin tarixdə 2 dərəcə şaxta (Şahdağ) olub.
Sentyabr ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və leysan xarakterli olub. Ümumilikdə, bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 160 faizi olmaqla 23 mm (Hacıqabul), Balakən-Şəki zonasında aylıq normanın 106 faizi olmaqla 90 mm (Zaqatala), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 216 faizi olmaqla 49 mm (Maştağa) təşkil edib.
Şahdağda, Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndlərində, eləcə də Tovuz rayonunun Çobansığnaq kəndində dolu müşahidə olunub.
Sentyabr ayında Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 14 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə 28 m/s-yə çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar