Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

Tarix: 01-10-2026 11:14     Baxış: 335 A- / A+
Tiktok Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “Tiktok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib.
Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün əlverişli mexanizmlərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar