Sizin Reklam Burada
Xəbər lenti
27-09-2026
26-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

Tarix: 28-09-2026 13:16     Baxış: 419 A- / A+


Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində müvafiq konsulluq yardımı göstərilir.
Manevr.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə bildirib ki, 27 sentyabr tarixində saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub.
"Həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə o əlavə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabındakı paylaşımında Kiyevə hücum nəticəsində bir Azərbaycan vətəndaşının həlak olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya bütün gecə və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib. Xarkovda çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində ikinci və dördüncü mərtəbələr qismən dağılıb. 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb.
Zelenski bildirib ki, Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirilib, Jitomir vilayətində isə dondurma istehsalı zavoduna ziyan dəyib. Sumi, Rivne, Xarkov və Odessa vilayətlərində də yaşayış binalarına zərbələr qeydə alınıb. Vinnitsa, Dnepropetrovsk, Xmelnitski və Zaporojye vilayətlərində kritik əhəmiyyətli infrastruktura ziyan dəyib.
"Hazırda onlarla yaralı barədə məlumat var. Təkcə Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb. Təəssüf ki, ölənlər də var. Kiyev vilayətində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə Ukrayna Prezidenti bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar