Sizin Reklam Burada
Xəbər lenti
26-09-2026
25-09-2026
BÜTÜN XƏBƏRLƏR

Flora Kərimova nazirlərə müraciət etdi

Tarix: 26-09-2026 15:16     Baxış: 332 A- / A+


Xalq artisti Flora Kərimova ədliyyə nazirinə və daxili işlər nazirinə müraciət edib.
Manevr.az “yeni sabah”a istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı müraciətdə iki məhkəmə qərarının icra olunmadığını bildirib. O, Tovuz rayonunda məhkəmə qərarlarının icrası ilə bağlı yaranmış vəziyyətin araşdırılmasını istəyib.
Flora Kərimova Ədliyyə Nazirliyinə ünvanladığı müraciətdə iki məhkəmə qərarının icra olunmadığını qeyd edib və qərarların icrası üçün başqa instansiyaya müraciət imkanının olub-olmadığını soruşub.
Sənətçi daha sonra daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək iki il əvvəl Ülviyyə Alovlu və Afət Fərmanqızı ilə bağlı məktubla müraciət etdiyini xatırladıb. O, oğurlandığını bildirdiyi səs yazısının yayılması və Ülviyyə Alovlunun məhkəməyə məcburi gətirilməsi ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını iddia edib.
Kərimova bildirib ki, məsələ ilə bağlı Baş Polis İdarəsində görüş keçirilib və ona qanun çərçivəsində hüquqlarının təmin ediləcəyi vəd olunub. Onun sözlərinə görə, sonradan Ülviyyə Alovlu barəsində yenidən cinayət işi açılıb, lakin Yasamal polisi iki ildir onu taparaq məhkəməyə gətirə bilmir.
Xalq artisti paylaşımında aidiyyəti qurumların fəaliyyəti ilə bağlı bir sıra suallar da ünvanlayıb:
“Bu vəziyyətdə iki ehtimal ortaya çıxır: ya Sizin səlahiyyətinizdə olan qurumlar baş verənləri Sizə ümumən məruzə etmirlər, yalnız özlərinə sərf edən məlumatları çatdırırlar, ya da qanunun tələbləri və göstərişlər icra edilmir, özbaşına, kiminsə istəklərinə uyğun hərəkət edirlər”.
Flora Kərimova sonda məsələ ilə bağlı konkret araşdırma aparılmasını və nəticə əldə olunmasını tələb edib:
“Mən artıq iki il əvvəl olduğu kimi, yenidən bilərəkdən eyni “səriştəsizlik” – sabotajla və cavabsızlıqla qarşılaşmaq istəmirəm. Demirəm xalq artistiyəm, ŞƏRƏF ordenim var. Mən sadə bir vətəndaşam. Sizdən vətəndaş haqqımın bərqərar olmasını, qanunla müəyyən edilmiş səlahiyyətləriniz çərçivəsində konkret araşdırma aparılmasını və qəti nəticəsini tələb edirəm!”
Qeyd edək ki, Flora Kərimova ilə Afət Fərmanqızı arasında daha əvvəl də məhkəmə çəkişməsi olub. 2024-cü ildə Binəqədi Rayon Məhkəməsində Kərimovanın xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb və tərəflər arasında barışıq əldə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar