Sizin Reklam Burada
Xəbər lenti
25-09-2026
24-09-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda TƏHLÜKƏLİ ANLAR

Tarix: 25-09-2026 21:51     Baxış: 333 A- / A+
Tanınmış iqtisadçı Günay Hüseynovanın evindən ilan çıxıb.

İqtisadçı  bildirib ki, Sumqayıt şəhərində yerləşən binadakı evinə ilan daxil olub.

“Mən, hazırda Azərbaycanda deyiləm. Mənzilim Sumqayıtda beşinci mərtəbədə yerləşir. Evin boş qalmaması üçün yaxın qohumuma orada qalmasını bildirmişəm. Uşaq gecə mənə zəng edib ki, şkafın arxasında ilan quyruğu görüb, qorxusundan qapını bağlayıb, ev geyimində həyətə çıxıb. Mənzilə qayıdanda ilanı təkrar görüb. Gecə bütün qurumlara zəng edib ki, evə girə bilmir, gəlib ilanı evdən çıxarsınlar, amma heç birindən cavab gəlməyib. Axşamdan bəri mən də müvafiq qurumlarla danışsam da, heç biri tədbir görməyib. Uşaq məcburiyyətdən parkda gecələyib. “JEK”ə müraciət edəndə bildirirlər ki, maksimum bloku dezinfeksiya edə bilərlər. Axı ilan evdədir. Bloku bu saatdan sonra dezinfeksiya edilməsi ilanı evdən çıxarmayacaq. Digər blokdakı qonşunun evindən aylar öncə ilan çıxmışdı. Bundan iki gün əvvəl də ikinci mərtəbədə yaşayan qonşu evində ilan tapıb. Ümumiyyətlə, binanın bloku və ətrafı antisanitar vəziyyətdədir. Binanın qarşısı qamışlıqdır. Qamışlığın bir tərəfi hasarlanıb, qalan yerləri isə bataqlıq kimi qalır. Heç kim həmin ərazini təmizləmir, buna görə də ilan və digər həşəratlar evlərə gəlir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Onlar da qeyd etdilər ki, Bioloji Biomüxtəlifliyin Qorunması Xidməti də bu məsələyə müdaxilə edə bilmir.

Daha sonra Sumqayıt rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazi Şirvan yaşayış massivindədir, məsələ ilə bağlı Mənzil İstismar Sahəsinə məlumat verilib.

Qeyd edək ki, həmin mənzilin yerləşdiyi ərazi güclü yağışlar zamanı suyun altında qalmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar