ABŞ prezidenti Donald Trampın Kaliforniyadakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.
Manevr.az xəbər verir ki, polis hadisənin avqustun 2-də, Trampın ştata səfərindən iki gün əvvəl baş verdiyini bildirib.
Mülki geyimdə olan federal agentlər 38 yaşlı Janin Con Teleni qolf meydançasının ərazisində gəzərkən, foto və video çəkərkən, təhlükəsizlik hazırlıqlarını izlədiyini müəyyən edərək saxlayıblar.
Onun üzərindən patron darağı, avtomobilindən doldurulmuş tapança və sursat, evindən isə silah, zirehli jilet və narahatedici qeydlər olan dəftərlər aşkarlanıb.
Şübhəlinin saxlanıldığı vaxt artıq quldurluq işi üzrə istintaqa cəlb olunduğu bildirilib. Tramp isə hadisədən iki gün sonra Kaliforniyaya səfər edərək qolf klubuna gəlib.
Xəbər lenti
Trampın Kaliforniyadakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































