Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Gecə klubunun qarşısında qətl - Detallar açıqlandı

Tarix: 04-08-2026 23:07     Baxış: 329 A- / A+
Gecə klubunun qarşısında qətl - Detallar açıqlandı
Gecə klubunun qarşısında baş vermiş qətldə təqsirləndirilən H.M.-nin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib.

H.M. ifadəsində uzun illər idmanla məşğul olduğunu və mühafizəçi işlədiyini bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gün - dekabrın 31-də saat 23 radələrində işlədiyi obyektdə xidmət aparırmış.

"Sonradan adının Elvin olduğunu öyrəndiyim şəxs iki xanım və dostları ilə obyektə gəlmişdi. Qardaşım mənə zəng edib dostları ilə gəlmək istədiyini dedi. Mən də onu qarşılamaq üçün çölə çıxdım. Həmin vaxt obyektin qarşısında dava düşdüyünü gördüm və yaxınlaşıb nə baş verdiyini soruşdum. Bildim ki, Elvin onunla gələn xanımlardan birini vurub. Ona yaxınlaşıb sakitləşməsini xahiş etdim. Dedim ki, bayram günüdür, problem yaratmasın. O isə əsəbiləşərək "Sən niyə mənim yox, onun tərəfini tutursan?" dedi", - deyə təqsirləndirilən şəxs bildirib.

H.M.-nin sözlərinə görə, o, heç kimin tərəfini tutmadığını desə də, qarşı tərəf onu hədələməyə davam edib.

"O, dəfələrlə məni öldürəcəyini deyirdi. Mən də təhlükədən ehtiyatlanaraq obyektin mətbəxindən bıçaq götürüb qolumda gizlətdim. Məqsədim özümü qorumaq idi. Sanitar qovşağından çıxanda Elvin və iki dostunu qarşımda gördüm. Elvinin əlində bıçaq var idi. Mənə nalayiq ifadələr işlətdi.

Sonra üçü birlikdə üstümə gəlib məni döyməyə başladılar. Burnum qanadı, dişlərim sındı. Elvin əlindəki bıçağı mənə tərəf atanda artıq özümü itirdim. Onu nə vaxt və necə vurduğumu xatırlamıram. Daha sonra könüllü şəkildə polisə təslim oldum", - deyə o əlavə edib.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi R.T. də ifadə verib.

O bildirib ki, hadisə Yeni il gecəsi baş verib.

"Həmin gün Elvin evdə anası və bacısı ilə bayramlaşdı, sonra dostları ilə görüşəcəyini deyərək evdən çıxdı. Gecə saat 02:30-a qədər yazışırdıq. Anası narahat olub ona zəng etdi.

Telefonu açan müstəntiq oğlunun vəfat etdiyini və meyitin morqda olduğunu dedi. Mən baş verənləri qarşılıqlı xuliqanlıq kimi qiymətləndirirəm. Elvinin dostu Ülvini qınayıram. O, ayıq vəziyyətdə idi və davanın qarşısını ala bilərdi", - deyə zərərçəkmişin hüquqi varisi bildirib.

Məhkəmə prosesi sentyabrın 7-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə 2026-cı il yanvarın 1-də gecə saat 02 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında baş verib.

İstintaq materiallarına əsasən, 36 yaşlı H.M. ilə 32 yaşlı E.R. arasında əvvəlcə klubda mübahisə yaranıb. Daha sonra dava obyektin qarşısında davam edib və H.M. E.R.-yə bıçaqla xəsarət yetirib. Ağır yaralanan E.R. xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisədən sonra H.M. polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar