Xəbər lenti
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar?
Bakıda hərbi xidmətə çağırılan Amil Əliyevlə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi açıqlama verib.Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Amil Vaqif oğlu Əliyev 19 iyun 2026-cı il tarixində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yekun tibbi müayinədən keçirilib.
Onun sözlərinə görə, müayinə nəticələrinə əsasən, vətəndaşın hazırkı sağlamlıq vəziyyətində müəyyən edilən diaqnozlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmayıb.
"Bu səbəbdən də Amil Əliyevin hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib", - deyə Tural Qurbanov qeyd edib. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































