Xəbər lenti
19 yaşlı oğlanla hamam otağında boğulan qız müalicədən imtina edib
Xəbər verdiyimiz kimi, Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini Təranə Mədxun qızı Bəkirova Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.Yusuf Atalay hadisə yerində dünyasını dəyişib, Təranə Bəkirovanın vəziyyəti isə ağırdır.
Manevr.az xəbər verir ki, TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, dəm qazından boğulan Təranə Bəkirovaya tibbi xidmətin göstərilməsindən imtina edilib:
“28.04.2026-cı il tarixində saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib”.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































