Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur ticarət mərkəzi bağlanır?

Tarix: 29-04-2026 09:15     Baxış: 4187 A- / A+
Bakının Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.

Mağazaların bağlanmasına səbəb kimi aylıq kirayə haqlarının artırılması iddia olunur.

Vəziyyətdən şikayətlənən sahibkarlardan biri durğunluğu belə izah edib: "Alver çox zəifdir. Əvvəl alver olurdu, icarə pulu çıxırdı. "Temu", "Тrendyol" var deyə artıq alver ölüb".

Digər bir sahibkar isə gəlirlərinin kəskin azaldığını vurğulayıb: "Dəhşət dərəcədə zəifdir. Gün ərzində cəmi 30-50 manatlıq alver edirik. Yerpulunu qətiyyən çıxara bilmirik. Ödəniş artmayıb, sadəcə işləyə bilmirik".

Məsələ ilə bağlı "Lotos" ticarət mərkəzinin əməkdaşı İlkin Abbasov bildirib ki, dünən mağazasını açmayan bir neçə sahibkarla artıq danışıqlar aparılıb:

"Lotos" ticarət mərkəzi üzrə altı il ərzində heç bir qiymət artımı olmayıb. Məlumat daxil olan kimi sahibkarları qəbul edib, onlarla fikir mübadiləsi aparmışıq. "Lotos" ticarət mərkəzi olaraq çalışacağıq ki, gələcəkdə də əlimizdən gələn köməyi sahibkarlara göstərək".

İlkin Abbasov, həmçinin bildirib ki, hazırda bütün mağazalar öz fəaliyyətlərini davam etdirirlər. axar.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar