Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülür

Tarix: 29-04-2026 08:39     Baxış: 3143 A- / A+
Sumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülür
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.

Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək. Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:

Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür. Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək. Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində fəaliyyətini davam etdirəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar