Xəbər lenti
Türkiyə səfirini geri çağırdı - Almaniya ilə gərginlik artır

Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu geri çağırılıb.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ötən gün türk diasporasının Köln şəhərində keçirdiyi mitinqə Almaniya hökumətinin sərt reaksiyası olub.
Məlumatlara görə, 40 min nəfərin iştirak etdiyi mitinq təşkilatçıları böyük ekranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın canlı yayıma qoşulmasını istəyiblər. Ancaq Almaniya məhkəməsi buna icazə verməyib və bildirib ki, bu, sərbəst toplaşma azadlığının təminatlarına aid deyil.
Hadisədən dərhal sonra Almaniyanın Türkiyədəki səfirliyinin müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona Ankaranın baş verən hadisələrə münasibəti çatdırılıb.
Qeyd edək ki, ötən gün Almaniyanın Köln şəhərində on minlərlə insan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək mitinqinə toplaşıb. Polisin məlumatına görə, mitinq təşkilatçıları şəhərin Doyts rayonunda qurulan səhnəyə Türkiyə Cumhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün fotosunu asıblar. Tribuna qarşısındakı ərazi tamamilə dolu olub.
Nümayiş iştirakçıları iyulun ortalarında baş verən dövlət çevrilişi cəhdi nəticəsində həyatını itirənlərin, həmçinin bu yaxınlarda Almaniya, Türkiyə və Fransada qeydə alınan terror aktları qurbanlarının xatirəsini 1 dəqiq sükutla yad ediblər.
Aksiyanın sonunda Türkiyə liderinin mitinq iştirakçılarına müraciəti oxunub.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar