Xəbər lenti
Serj Sarkisyan partiyadan da getdi

Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan hakim Respublikaçılar Partiyasının sədri vəzifəsindən də imtina etmək qərarına gəlib.
Dünən gecə saatlarında Sarkisyanla baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın və fraksiyanın digər deputatlarının görüşündən sonra məlum olub.
"Ermənistan Respublikaçılar Partiyasının (ERP) yeni sədrinin seçimləri ilə bağlı müzakirələrin başlanması barədə razılıq əldə olunub", - görüşün yekunlarına dair bəyanatda bildirilir.
Qeyd olunur ki, Serj Sarkisyan görüş iştirakçılarına istefasının səbəblərini açıqlayıb, ERP-nin parlament fraksiyasının ölkədə sülh və sabitliyin qorunması naminə mümkün iş ssenarisini təqdim edib.
"Görüşün ikinci yarısında baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla razılıq əldə edilib ki, ERP tərəflərlə öncədən şərt irəli sürmədən danışıqlara hazırdır", - partiyadan bildirilib.(virtualaz.org)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar