Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcü kəşfiyyatından SOS: Rusiya erməniləri aktivləşdirir

Tarix: 04-04-2018 22:45     Baxış: 3562 A- / A+
Gürcü kəşfiyyatından SOS: Rusiya erməniləri aktivləşdirir

Gürcüstan Təhlükəsizlik Xidməti xarici ölkələrin xüsusi xidmət orqanlarının ölkədəki əsas hədəfləri barədə hesabat hazırlayıb.

Manevr.az
axar.az-a istinadən xəbər verir ki, hesabat Gürcüstan parlamentinə təqdim edilib. Hesabatda gürcü kəşfiyyatı ölkədəki təhlükəsizliyə yaranan təhdidlə bağlı informasiyaların bütün lazımi orqanlara verildiyini bildirib.

Kəşfiyyatın hazırladığı hesabatda xarici xüsusi xidmət orqanlarının daha çox diplomatik, mədəniyyət, humanitar, dini, kommersiya və sairə fəaliyyət formalarından yararlanaraq ölkənin hakimiyyət, təhlükəsizlik orqanlarına daxil olmaq və burada öz agentura şəbəkələrini genişləndirmək istədikləri açıqlanıb. Bu orqanların Gürcüstanda əsas vəzifələri ictimaiyyət arasında antiqərb əhval-ruhiyyəsini artırmaq, Gürcüstanın beynəlxalq imicini zədələmək, ictimaiyyətdə etibarsızlıq, ümidsizlik və nihilizm yaratmaq, gürcü ictimaiyyətinin qütbləşməsi və dezinteqrasiya prosesinin inkişafı üçün ölkədə etnik və dini əsaslı destabilizasiya ocaqları yaratmaq olduğu vurğulanıb. Üstəlik, xarici kəşfiyyatın hibrid müharibə taktikasından istifadə etdiyi, bunun üçün təbilğatçı media şirkətlərdən, dezinformasiyalardan, kiberəməliyyatlardan, destruktiv siyasi qrup və ictimai populist birləşmələrdən yararlandığı bildirilib.

Qeyd edək ki, Moskvanın Gürcüstanda müxtəlif millətlərdən istifadəyə cəhdi olub. Belə ki, Moskva bundan öncə bir neçə dəfə bu planını sınaqdan keçirib. Abxaziya və Cənubi Osetiyada uğur qazanan Moskva Acariyada məğlubiyyətə düçar olub. Təsadüfi deyil ki, bir müddət öncə Rusiya mətbuatı Gürcüstanın şərqində yaşayan etnik azərbaycanlıların Tiflisdən narazı olduğu haqqında informasiya yayıb və daha sonra buradakı azərbaycanlılar arasında separatçı fikirlərin yayılması fikri ictimaiyyətə aşılanıb. Bunun üçün əsas nümunə kimi azərbaycanlılarla svanlar arasındakı toqquşmalar göstərilib. Lakin sonradan bu təbliğatın qarşısı həm Tiflis, həm də Azərbaycan tərəfindən alınıb.

Lakin Moskvanın Gürcüstanla bağlı əlindəki kartlar bitməyib. Moskva ermənilərin aktiv yaşadığı Cavaxetiyada aktivləşib. Digər tərəfdən bu bölgə daimi olaraq Gürcüstan üçün yeni Cənubi Osetiya və Abxaziya təhdidi olaraq qalıb. Bölgədə Rusiyanın keçmiş bazasının yerləşməsi və ərazinin Ermənistanla sıx əlaqəsi Tiflisi müəyyən qədər ehtiyatlı davranmağa məcbur edib. Cavaxetiyada Daşnaksütyun kimi qrupların daim aktiv olması və erməni liderlərinin İrəvanla, eləcə də Moskva ilə sıx əlaqələri gələcəkdə bu bölgənin maşa kimi istifadə ediləcəyini düşünməyə vadar edir.

Bu hesabatla Gürcüstan kəşfiyyatı Rusiyanın əliylə Ermənistanın bu ərazidə aktivləşməsinə də diqqət çəkib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar