Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Vyetnam prezidentləri Birgə Bəyanat qəbul etdilər - FOTO

Tarix: 21-11-2026 10:03     Baxış: 324 A- / A+
Azərbaycan və Vyetnam prezidentləri Birgə Bəyanat qəbul etdilər - FOTONoyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.
Manevr.az-ın məlumatına görə, bu barədə apa-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.
Sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə etdilər.
“Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “ROX Group” arasında İcra Müqaviləsi”ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və “ROX Group”un təsisçisi və sədri Tran Anh Tuan mübadilə etdilər.
 








 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar