Sizin Reklam Burada
Xəbər lenti
27-10-2026
26-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdü

Tarix: 27-10-2026 20:16     Baxış: 355 A- / A+
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Turizmin (UN Tourism) ölkəmizdə səfərdə olan Baş katibi Şeyxa Əl-Nuveys ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT Turizmi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin zəngin turizm potensialının beynəlxalq səviyyədə təşviqi, turizm sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də Azərbaycanın beynəlxalq turizm platformalarında iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Baş katibi sözügedən vəzifəyə seçilməsi münasibəti bir daha təbrik edib və ona uğurlar arzulayıb. Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, müxtəlif təbii landşaftları, müasir infrastrukturu və qonaqpərvərlik ənənələrinin Azərbaycanın regional və beynəlxalq turizm məkanında cəlbediciliyini artırdığı vurğulanıb.
Azərbaycanın turizm potensialının müxtəlifliyi diqqətə çatdırılaraq, ölkədə mədəni irs, şəhər, ekoturizm, kənd, dağ, sağlamlıq, qış və işgüzar turizm istiqamətlərinin inkişafı üçün mövcud imkanlar qeyd edilib.
Azərbaycanın zəngin mətbəx mədəniyyətinin və milli kulinariya ənənələrinin ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığı görüş zamanı bildirilib. Qastronomik turizmin Azərbaycanın mədəni irsinin, milli adət-ənənələrinin və qonaqpərvərlik mədəniyyətinin tanıdılmasına verdiyi töhfələr qeyd olunub. Azərbaycanın turizm sahəsində həyata keçirdiyi proqramlar və təşəbbüslər, turizm infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, həmçinin ölkənin müxtəlif turizm məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərin zəngin tarixi-mədəni irsi və turizm potensialı da diqqət mərkəzində olub. Həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, mədəni və dini irsin qorunması, eləcə də yeni turizm istiqamətlərinin formalaşdırılması barədə məlumat verilib.
Baş katib Şeyxa Əl-Nuveys ölkəmizin təşkilatda fəal üzvlüyünə görə təşəkkür edib, təşkilatın bir sıra planları və prioritetləri barədə geniş məlumat təqdim edib.
Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar