Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşdü

Tarix: 20-10-2026 12:23     Baxış: 355 A- / A+
Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşdü
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Bişkekdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edib.
Manevr.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı tərəflər Qırğızıstan-Azərbaycan əməkdaşlığının ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Dövlət başçısı Qırğızıstanla Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakterini vurğulayaraq, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. O, bu ilin iyul ayında Azərbaycanın Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin icrasının əhəmiyyətinə xüsusi diqqət çəkib.
Öz növbəsində, Sahibə Qafarova Sadır Japarova və qırğız xalqına İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar