Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ailədə bir qazi, iki əsgər var - Nəsimi Musayevin atası detalları açıqladı

Tarix: 15-10-2026 14:11     Baxış: 353 A- / A+

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan və Ermənistan ərazisində saxlanılan əsgəri Nəsimi Musayevin atası Rasim Musayev Modern.az-a açıqlama verib.
Manevr.az xəbər verir ki, o bildirib ki, ailəsi əslən Kəlbəcər rayonunun Armudlu kəndindəndir. Daşkəsən rayonunda qeydiyyatda olsalar da, hazırda Gəncə şəhərində yaşayırlar.
Rasim Musayevin sözlərinə görə, ailədə dörd övlad var: üç oğlan və bir qız. Oğullarından biri Vətən müharibəsi qazisidir, digər oğlu isə hazırda Bakıda hərbi xidmət keçir. Nəsimi Musayev isə Laçın istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət edirdi.
Atası bildirib ki, Nəsimi sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi xidmətə gec çağırılıb. Yastıpəncəli olması səbəbindən tibbi müayinə zamanı müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilib. Sonradan isə ona hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib.
Rasim Musayevin sözlərinə görə, hazırda onun ən böyük arzusu oğlu ilə əlaqə saxlamaqdır. Oğlunun taleyindən narahat olduğunu bildirən ata məsələnin həllini gözlədiyini deyib.
Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar