Xəbər lenti
28 dövlətin liderləri sabah Bakıya toplanır
AQEM-də 28 üzv dövlət var. Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə Amerika Birləşmiş Ştatları da var. Göründüyü kimi, təşkilat üzvləri arasında bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr də var. Bu amilin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.
AQEM Asiyada sülhün, təhlükəsizliyin və dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş çoxtərəfli platformadır.
Professor Qabil Hüseynli bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində siyasi qarşıdurmaların artdığı, regional münaqişələrin geniş coğrafiyaya təsir göstərdiyi bir dövrdə belə platformaların əhəmiyyəti artır: “Dövlətlər arasında fikir ayrılıqları dərinləşsə də, dialoq kanallarının qorunması beynəlxalq sabitlik baxımından vacibdir. Bakıda sabah keçiriləcək toplantı da bu mənada diqqət çəkir. Burada müxtəlif regionları təmsil edən ölkələrin nümayəndələri beynəlxalq gündəmin aktual məsələləri ətrafında təmas qurmaq imkanı əldə edirlər.
Əsas məqam Azərbaycanın müxtəlif siyasi mövqelərə malik dövlətlərin iştirak etdiyi beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Bu, Bakının beynəlxalq münasibətlərdə öz diplomatik mövqeyini möhkəmləndirmək, müxtəlif tərəfdaşlarla əlaqələrini qorumaq və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək siyasətinə uyğundur”.
Professor qeyd edib ki, Bakı bu dəfə də müxtəlif siyasi mövqelərin təmsil olunduğu beynəlxalq platforma kimi diqqət mərkəzindədir:
“Azərbaycanın diplomatik missiyası isə qarşıdurma yaşayan tərəflərin dialoq imkanlarının qorunmasına şərait yaradan əməkdaşlıq mühitini dəstəkləməkdir.
Müasir geosiyasətdə belə bir yanaşma kiçik və orta dövlətlərin beynəlxalq nüfuzunu artıran amillərdən biri hesab olunur. Çünki diplomatik güc yalnız müttəfiqlərin sayı ilə deyil, həm də fərqli tərəfdaşlarla münasibətləri qorumaq, beynəlxalq gündəmdə iştirak etmək və əməkdaşlıq üçün imkanlar yaratmaq bacarığı ilə ölçülür. Bakıda keşiriləcək sammit də Azərbaycanın bu istiqamətdəki diplomatik fəaliyyətinin diqqətçəkən nümunələrindən biridir.
Azərbaycan xarici siyasətində müxtəlif dövlətlərlə münasibətləri qorumağa, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə və regional məsələlərin müzakirəsi üçün diplomatik kanalların açıq qalmasına maraq göstərir. Bakının AQEM kimi çoxtərəfli platformada yüksək səviyyəli nümayəndələri qəbul etməsi bu baxımdan əhəmiyyətlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























