Xəbər lenti
Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədrini təltif etdi
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin mühüm rolu qeyd olunub.
Ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.
Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Görüşdə Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, eləcə də hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bu çərçivədə əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin və təlimlərin keçirilməsi, həmçinin təcrübə mübadiləsinin təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.
İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm və qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində Baş prokuror Kamran Əliyev tərəfindən İqor Krasnova “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı təqdim edilmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























