Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mərkəzi Nəbatat və Dendrologiya bağları birləşdirildi

Tarix: 23-09-2026 16:07     Baxış: 340 A- / A+
Mərkəzi Nəbatat və Dendrologiya bağları birləşdirildi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməklə yenidən təşkil olunub.

Manevr.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni yaradılan Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri isə Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında bölünüb.

Maliyyə və idarəetmə mexanizminə əsasən, Cəmiyyətin yenidən təşkili və ləğvi Prezidentlə razılaşdırılmaqla Nazirlər Kabinetinə, nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyənləşdirilməsi, filial və törəmə cəmiyyətlərinin yaradılmasına razılıq verilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub. Mülki Məcəlləyə uyğun digər cari məsələlərin həllini isə Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti iki ay müddətində nizamnamə və nizamnamə kapitalı ilə bağlı təklifləri İqtisadiyyat Nazirliyinə təqdim etməli, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla qurumun strukturunu, əməkhaqqı sistemini və xərclər smetasını üç ay müddətində təsdiqləməlidir. Nizamnamə təsdiqləndikdən sonra üç gün ərzində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlər görüləcək.

Qərar Cəmiyyətin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minəcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar