Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp bin Salmana verdiyi sözü tutmadı – SƏBƏB?

Tarix: 21-09-2026 11:33     Baxış: 429 A- / A+


ABŞ ordusu yaxın gələcəkdə Ənsar Allah mövqelərinə zərbə endirməyəcək.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, məlumatı The New York Times (NYT) qəzeti adları açıqlanmayan ABŞ administrasiyasının rəsmilərinə istinadən yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp əvvəldən husilərə zərbə endirilməsinə qarşı idi, lakin 17 sentyabrda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman əl-Səudla telefon danışığından sonra Pentaqona hücuma hazırlaşmaq əmri verib. 20 sentyabrda ABŞ lideri mövqeyini yenidən dəyişib. Mənbələr qəzetə bildiriblər ki, "ən azı indilik husilərə qarşı ABŞ hava hücumları olmayacaq".
Trampın fikrinin dəyişməsinin səbəbi barədə hələlik heç bir məlumat verilməyib. Ağ Ev vəziyyətlə bağlı bildirib ki, "ABŞ-ın Səudiyyə Ərəbistanı ilə müdafiə müqaviləsi var və biz həmişə müttəfiqlərimizi müdafiə edəcəyik".
Bundan əlavə, qəzet qeyd edir ki, hücum başlamasından qısa müddət əvvəl ləğv edilib - o vaxta qədər komandirlər artıq hədəflərin siyahısını müəyyən etmişdilər və qoşunlar bombardmançı təyyarələrə sursat yükləyirdilər.
Daha əvvəl Tramp Fox News-a Yəmən hərəkatı ilə daim əlaqədə olduğunu bildirib. 19 sentyabrda bir neçə Yaxın Şərq ölkəsindəki Amerika səfirlikləri bir daha amerikalılara regiondakı gərgin vəziyyətlə əlaqədar ayıq-sayıq olmağın vacibliyi barədə xatırlatmalar göndəriblər.
ABŞ-ın İordaniya, İsrail, İraq, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Livandakı diplomatik nümayəndəlikləri təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığını və gözlənilməz eskalasiya ehtimalının olduğunu bildiriblər.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar