Sizin Reklam Burada
Xəbər lenti
29-08-2026
28-08-2026
BÜTÜN XƏBƏRLƏR

Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib

Tarix: 30-08-2026 10:58     Baxış: 431 A- / A+


Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edibMərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bu həftənin əvvəlində Moskvaya gizli səfəri zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif edib.
Bu barədə “Axios” iki mənbəyə istinadən məlumat yayıb. Bu, Con Retkliffin Rusiya ilə Ukrayna arasında diplomatik səylər çərçivəsində irəliləyiş əldə edilməsinə vasitəçilik etmək təşəbbüsünə şəxsən cəlb olunduğu ilk hal olub. Mənbə bildirib ki, Con Retkliffin səfərinin məqsədlərindən biri Rusiyanın kəşfiyyat xidmətlərinin rəhbərlərinin Putini ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə danışıqların bərpasına doğru addım atmağa inandıra bilib-bilməyəcəyini müəyyənləşdirmək olub.
Cümə günü ABŞ rəsmiləri Volodimir Zelenskiyə Con Retkliffin Moskvada apardığı danışıqlar və üçtərəfli sammit təklifi barədə məlumat veriblər.
Tramp administrasiyası daha əvvəl də bu ideyanı gündəmə gətirib. Zelenski bu təklifə razılığını bildirib, lakin Putin onu rədd edib.
Xatırladaq ki, Con Retkliffin Moskvaya səfəri zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinindirektoru Aleksandr Bortnikovla görüşüb. “The New York Times“ yazıb ki, Retkliff Bortnikova müharibənin hazırkı vəziyyəti ilə bağlı “bədbin qiymətləndirmə” təqdim edib və Rusiyanı vəziyyəti daha da pisləşmədən əvvəl razılaşma əldə etməyə çağırıb.
Donald Tramp “Axios”-a bildirib ki, Retkliffin səfəri “standart iş” xarakteri daşıyıb və Rusiyanı NATO ərazisinə hücum etməməsi barədə xəbərdar etmək məqsədi daşımayıb.
MKİ məsələ ilə bağlı şərh verməkdən imtina edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar