Sizin Reklam Burada
Xəbər lenti
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

"İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcək"

Tarix: 20-08-2026 09:02     Baxış: 435 A- / A+



İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail özünə təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcək.
"Biz İsrail üçün təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik", - deyə o bildirib. Netanyahunun açıqlamalarını onun ofisi yayıb.
"Biz mesajı açıq şəkildə çatdırdıq: buna ehtiyac yoxdur. Görünür, bu mesaj kifayət qədər yaxşı eşidilməyib, ona görə də onun daha yaxşı başa düşülməsini təmin etdik", - deyə Netanyahu əlavə edib.
Manevr.az Trend-ə istinadən bildirir ki,  daha əvvəl Netanyahunun ofisi bildirmişdi ki, Suriya ölkənin şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə imkan verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonun "pozulmasına yaxınlaşıb".
Bundan əvvəl Syria TV telekanalı avqustun 18-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirdiyini iddia edib. Kanalın məlumatına görə, hücumlar maddi ziyana səbəb olub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar