Sizin Reklam Burada
Xəbər lenti
17-08-2026
16-08-2026
BÜTÜN XƏBƏRLƏR

Yuşşenko: Sərhədlərin toxunulmazlığı Ukrayna-Azərbaycan münasibətlərinin təməlidir

Tarix: 17-08-2026 20:20     Baxış: 429 A- / A+


Ukraynanın sabiq prezidenti Viktor Yuşenko və Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko və Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev

Azərbaycan və Ukraynanı birləşdirən əsas elementlərdən biri ərazi bütövlüyü prinsipinə sədaqətdir.
Manevr.az bildirir ki, bunu Azərbaycanda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko “Vesti.az”-a açıqlamasında deyib.
Yuşşenkonun sözlərinə görə, dövlətin ərazi bütövlüyünün toxunulmazlığı müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edir, bu, beynəlxalq təhlükəsizlik konsepsiyasının bir nömrəli bəndidir.
“Çünki ərazi iddiaları istənilən münaqişənin başlanğıcıdır. Qalan hər şey diplomatiya yolu ilə həll oluna bilər”, - Ukraynanın sabiq Prezidenti vurğulayıb.
O bildirib ki, Azərbaycan və Ukraynanın təcrübəsi sadəcə iki ölkə üçün yox, həm də beynəlxalq ictimaiyyət üçün vacibdir. Belə ki, bu, İkinci Dünya müharibəsindən sonra sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunması məsələsidir.
“Buna görə də mən inanıram ki, həm Azərbaycan, həm də Ukrayna bu gün dünyanın ən yüksək təhlükəsizlik qurumundan - BMT-dən bütün millətlərə dərs keçir. Dərs ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra yaranan sərhədlər toxunulmazdır. Bu, müasir təhlükəsizliyin tarixidir. Azərbaycanda bu məsələ həll olunub, Ukraynada isə son mərhələlərdədir”, - Yuşşenko vurğulayıb.
Ukraynanın sabiq Prezidentinin fikrincə, 2008-ci ildə keçirilən NATO sammitində hazırkı müharibənin qarşısı alına bilərdi.
“Ukrayna və Gürcüstan Buxarest sammitində NATO-ya üzv kimi qəbul edilmədi. Bu, Putinin ən çox istədiyi şey idi - bizim Qərb dünyası tərəfindən inkar edilməyimiz”, - Yuşşenko deyib.
Yuşşenko Gürcüstanda 2008-ci ildə baş verən müharibəni də bununla əlaqələndirib.
Sabiq prezident Gürcüstan və Ukraynanın NATO üzvü kimi qəbul edilməməsini ciddi siyasi səhv adlandırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar