Sizin Reklam Burada
Xəbər lenti
16-08-2026
15-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp İrana qarşı iqtisadi təzyiqi artırır, Vaşinqtonun yeni planları açıqlanıb

Tarix: 16-08-2026 20:15     Baxış: 430 A- / A+


ABŞ prezidenti Donald Tramp ABŞ prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq niyyətindədir.
Reuters xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent də Vaşinqtonun Tehrana qarşı gələn həftədən etibarən “indiyədək görünməmiş” tədbirlər tətbiq edə biləcəyini deyib.

ABŞ son aylarda İranın enerji, maliyyə və dəniz daşımaları sektoruna qarşı sanksiyaları genişləndirib.
Məlumata görə, növbəti mərhələdə əsas hədəflərdən biri İran neftini alan Çinin müstəqil neft emalı zavodları ola bilər. Bundan başqa, İranla maliyyə əməliyyatlarında iştirak etdiyi iddia olunan Çin banklarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi də nəzərdən keçirilə bilər.
Vaşinqton həmçinin İranın sanksiyalardan yayınmasına kömək edən şirkətləri, neft daşıyıcılarını, valyuta mübadiləsi şəbəkələrini və aviasiya sektorunu daha sərt şəkildə hədəfə ala bilər.
Daha sərt variantlar arasında İranla quru sərhədi olan ölkələrin iştirakı ilə quru blokadası da müzakirə olunur. Bu halda İraq, Türkiyə, Pakistan, Azərbaycan, Ermənistan, Türkmənistan və Əfqanıstan kimi ölkələrin mövqeyi mühüm rol oynaya bilər. Ekspertlər isə belə bir addımın həm həyata keçirilməsinin çətin, həm də İran əhalisinə ciddi təsir göstərə biləcəyini bildirirlər.
Tramp administrasiyasının digər variantı İranla ticarət edən ölkələrə qarşı əlavə tariflər tətbiq etməkdir. Bunun üçün isə ABŞ Konqresində müvafiq hüquqi mexanizmlərin qəbul edilməsi tələb olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar