Sizin Reklam Burada
Xəbər lenti
20-07-2026
19-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan UNESСO-da yeni proqram barədə elan edib

Tarix: 20-07-2026 13:10     Baxış: 348 A- / A+
Azərbaycan UNESСO-da yeni proqram barədə elan edib
Azərbaycan UNESCO-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Dünya İrsi obyektlərinin mühafizəsi sahəsində potensialının gücləndirilməsi üzrə proqram təqdim edib və təşkilatın Afrika strategiyasının həyata keçirilməsini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev Cənubi Koreyanın Busan şəhərində Dünya İrs Komitəsinin 48-ci sessiyasında milli bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, "Azərbaycan-SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi" proqramı ada dövlətlərinin institusional potensialının gücləndirilməsini, mütəxəssislərin hazırlanmasını və obyektlərin gələcəkdə Ümumdünya İrsi Siyahısına daxil edilməsi üçün irəli sürülməsinə dəstək göstərilməsini nəzərdə tutur.
Azərbaycan, həmçinin, Afrika üçün Ümumdünya İrsi Strategiyasının və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə münasibətdə UNESCO strategiyasının həyata keçirilməsinə kömək etmək niyyətini təsdiqləyib.
E.Abdullayev öz çıxışında vurğulayıb ki, ölkə 1972-ci il Dünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanın yerinə yetirilməsinə sadiqdir və Ümumdünya İrsi Mərkəzi ilə əməkdaşlığı davam etdirəcək.
O qeyd edib ki, bu yaxınlarda qəbul edilmiş "Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, hüquqi mühafizəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə müəyyən edir.
Diplomatın sözlərinə görə, 30 illik işğaldan sonra azad edilmiş ölkə ərazilərinin bir hissəsində davam edən mina təhlükəsinə baxmayaraq, Azərbaycan mədəni irs obyektlərinin inventarlaşdırılmasını və sənədləşdirilməsini davam etdirir.
Bəyanatda həmçinin qeyd edilib ki, "Xınalıq xalqının mədəni landşaftı və Köç yolu transhumans marşrutu"na daxil olan Xınalıq kəndi 2025-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən "Ən yaxşı turizm kəndləri" siyahısına daxil edilib.
E.Abdullayev xatırladıb ki, 2026-cı il Azərbaycanda "Şəhərsalma və memarlıq ili" elan edilib. Onun sözlərinə görə, iyulun 23-də Komitənin hazırkı sessiyası çərçivəsində Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunmuş SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsünə həsr olunmuş tədbir keçiriləcək. Diplomat əlavə edib ki, layihə mədəni irsin qorunmasına, dayanıqlı inkişafa və zərər çəkmiş ərazilərin bərpasına kömək etmək məqsədi daşıyır.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası Konvensiyaya tərəf olan dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə Busanda keçirilir. Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiya, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrinin daxil olduğu heyətlə təmsil olunur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar