Sizin Reklam Burada
Xəbər lenti
17-07-2026
15-07-2026
BÜTÜN XƏBƏRLƏR

Prezident fərman imzaladı

Tarix: 17-07-2026 16:30     Baxış: 325 A- / A+
Prezident fərman imzaladıPrezident İlham Əliyev“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Manevr.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.36-cı maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20.0.36-cı maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. gömrük rüsumundan azad olunmaqla Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilən Azad zonada onun hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısını və həmin malların Azad zonadan əsas iqtisadiyyata gətirilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I); 2024, № 6 (I kitab), maddə 661, № 12 (II kitab), maddə 1371; 2025, № 12 (I kitab), maddə 1154; 2026, № 2, maddə 125, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 689 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-1-ci bənddə “və 20.0.35-ci” sözləri “, 20.0.35-ci və 20.0.36-cı (hər iki halda)” sözləri ilə əvəz edilsin;
3.2. 3.2-1-ci bənddə “və 20.0.30-cu (birinci halda)” sözləri “, 20.0.30-cu (birinci halda) və 20.0.36-cı (hər iki halda)” sözləri ilə əvəz edilsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar